Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikol Paşinyan partiyasına kilsə ilə bağlı göstəriş verib

Baxılıb: 728     Tarix: 12-06-2025 11:42   

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə kilsəyə təzyiqləri gücləndirməklə bağlı göstəriş verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yayıb.
Bildirilib ki, sözügedən təzyiqlərə din xadimləri barədə “dəhşətli” məlumatlar yaymaq, kilsə nümayəndələrini gündəlik olaraq nüfuzdan salmaqla bağlı tədbirlər görmək və bu kimi fəaliyyətlər daxildir.
“Buna paralel olaraq, ölkə rəhbərliyi kilsə daxilində katolikos II Qareginə qarşı koalisiya, eləcə də onun həmin postda əvəzlənməsi üçün şəraitin yaradılması üzərində çalışır”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Nikol Paşinyan mayın 29-da hökumətin iclası zamanı Erməni Apostol Kilsəsini yenidən tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib. Onun sözlərinə görə, kilsələrdə sement torbaları, köhnə, paslanmış armatur parçaları saxlanılır. Paşinyanın bu çıxışı ölkənin din xadimlərinin tənqidlərinə səbəb olub. Bunun ardınca, Baş nazir feysbuk hesabında kilsələrlə bağlı paylaşımlar edərək din xadimlərini dini qaydaları pozmaqda, eləcə də arxiyepiskoplardan birini dayısının həyat yoldaşı ilə cinsi əlaqədə ittiham edib. Daha sonra isə, Paşinyan paylaşımlarına davam edərək katolikosu subaylıq andını pozmaqda günahlandırıb.
Bu hadisələrdən sonra Ermənistanın, həmçinin etik məsələlərə nəzarət edən Korrupsiya ilə mübarizə Komissiyası Paşinyanın erməni din xadimləri ilə bağlı paylaşımlarına dair araşdırma başladıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar