Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Trampdan gözlənilən açıqlama gəldi

Baxılıb: 603     Tarix: 13-06-2025 11:21   

“İsrailin İrana hücumları barədə əvvəlcədən məlumatım var idi”.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
İsrailin İrana hücumlarına görə Tehrandan cavab gözlədiyini qeyd edən Tramp, lazım gələrsə, İsraili müdafiə edəcəklərini vurğulayıb.
O bildirib ki, İran nüvə silahına sahib ola bilməz.
“Biz yenidən danışıqlar masasına qayıtmağa ümid edirik. İran tərəfdən bir neçə nəfər öldüyü üçün onlar danışıqlar masasında olmayacaq”, - Tramp qeyd edib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdə ABŞ-nin də məsuliyyət daşıdığını bildirib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar