Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mask Rusiyadan siyasi sığınacaq istəyib?

Baxılıb: 822     Tarix: 20-06-2025 11:10   

Rusiya Xarici İşlər Nazirliyinə amerikalı sahibkar İlon Maska ölkədə siyasi sığınacaq verilməsi ilə bağlı sorğu daxil olub.
Qanunvehedef.az “NEWS.ru” portalına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Rusiya XİN-in amerikalı milyarderə sığınacaq verilib-verilməməsi ilə bağlı cavabı bir ay ərzində açıqlanmalıdır.
Davankov, həmçinin vurğulayıb ki, İ.Mask səhvlərə yol versə də, onları bağışlamaq lazımdır: “Əgər alınmasa belə, biz onu həmişə gözləyirik”.
Amerika tərəfi ilə məsələ ilə bağlı hələ açıqlama verməyib.
Xatırladaq ki, V.Davankov bundan əvvəlki açıqlamasında İlon Maska siyasi sığınacaq və Rusiya vətəndaşlığı təklif etmək lazım olduğunu demişdi. O bu zaman ABŞ Prezidentinin keçmiş müşaviri Stiven Bennonun İlon Maskı qanunsuz miqrant adlandırması və ölkədən çıxarılmalı olduğu barədə açıqlamasını xatırlatmışdı: “Düşünürəm ki, bizə belə miqrantlar, Maskın isə təhlükəsizliyini təmin etmək lazımdır. Buna görə də, Rusiya XİN-ə İlon Maska siyasi sığınacaq və vətəndaşlıq verilməsini təklif edəcəm”.

Qanunvehedef.azшаблоны для dle 11.2