Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

POEZİYA - Mehri Seferli

Baxılıb: 866     Tarix: 20-06-2025 11:45   

                                            Mehri Seferli

  
  SƏN
Qəlbimdən keçəni kimsə anlamaz,
Sənin eşqin ilə döyünür ürək.
Hər nəğmə könlümü,vallah, oxşamaz,
Səni mənim üçün gətirib mələk.
Gözlərin işığı aldatmaz məni,
Gözlərdə yalanı duya bilirəm.
Hər layla, hər istək ovutmaz məni,
Ürəyin güləndə mən də gülürəm.
Səninçün yaşamaq istəyirəm mən,
Bu sevgi əriməz yaz qarı kimi.
Bir nurlu günəşsən yollarımda sən,
Sənsiz titrəyərmi qəlbimin simi.
Sən mənim qəlbimin döyüntüsüsən,
Vermişəm mən sənə bu ürəyimi.
Vallah bu dünyada sənsiz heç nəyəm,
Yalnız sən duyursan hər istəyimi.
Mən səni görəndən eşqim gül açdı,
Sənsiz boğur məni qüssə, həyəcan.
Daha ürəyimdən kədər,qəm qaçıb,
Nə yaxşı sən varsan,ey nurlu insan.

 






{sape_links}{sape_article}