Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əliyevlə Ərdoğanın İrəvan müzakirəsi: Nikolun etdikləri...

Baxılıb: 848     Tarix: 20-06-2025 12:14   

Ermənistan ilk növbədə iqtisadi səbəblərdən Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır.
Qanunvehedef.az Axar.az istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Paşinyan Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, ölkəsilə Azərbaycan və Türkiyə arasında yaxınlaşma prosesi dönməzdir. Bu baxımdan sözügedən səfər Ankaranın İrəvanı Bakı ilə Azərbaycan şərtləri əsasında sülh müqaviləsi imzalamağa sövq etməsi baxımından faydalıdır. Türkiyənin Ermənistana təklif edə biləcəyi əsas amillər iqtisadi blokadanın tamamilə aradan qaldırılması, nəhəng Türkiyə iqtisadiyyatının erməni biznesinin üzünə açılması, Türkiyə sərmayəsinin Ermənistanda mümkünlüyü, sərhədlərin açılması və diplomatik münasibətlərin bərpasıdır”, - o bildirib.
Markovun sözlərinə görə, Ermənistanla münasibətlər Azərbaycan üçün əsas mövzulardan biridir:
“Azərbaycan liderinin dünən Türkiyəyə səfəri zamanı yəqin ki, həm Əliyev, həm də Ərdoğan Ermənistanla bağlı ortaq mövqeni müzakirə edib və formalaşdırıb. Paşinyanın Ermənistanı Azərbaycana və Türkiyəyə yaxınlaşdırmaq üçün etdikləri İrəvan üçün faydalıdır, bu, Ermənistana yeni inkişaf səhifəsi açmağa imkan verəcək. Bu, təkcə Ermənistan sakinləri üçün deyil, həm də nəhəng erməni diasporunun nümayəndələri üçün iqtisadi inkişaf imkanları açacaq”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar