Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İlham Əliyev Çin və Küveytlə bağlı sənədləri - Təsdiqlədi

Baxılıb: 927     Tarix: 20-06-2025 14:56   

Prezident İlham Əliyev Çin və Küveytlə əməkdaşlıqla bağlı sənədləri təsdiqləyib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı ölkə başçısı İlham Əliyev müvafiq fərmanlar imzalayıb.
İlk Fərmana əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiq edilib.
Əməkdaşlıq Planı qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Prezident həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt Dövləti Hökumətinə bildiriş göndərməlidir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar