Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bir gün gələn,bir gün gedir.! Qəni Hüseynov

Baxılıb: 2 328     Tarix: 23-06-2025 12:00   
 
                                  Qəni Hüseynov

Bir gün gələn bir gün gedir

Gur işıqlı bir sabaha
aparan yol hardan kecir?
Uşaq ananın bətnindən,
o təməldən, gündən keçir,

Bünövrədən, doğan günnən,
o məktəbdən, yaşdan kecir.
Oxumaqda, həm yazmaqda,
kicik yaşdan, vərdiş olsa bəri başdan
sözün deyib daşdan kecir.

Ağlı olan, şüuru olan
deyir sözün ta əzəldən.
Düşünçəsi olanlar da
kicik yaşdan tanınırlar.

Bu təfəkkür, bu xəyaldı,
Həm fəlsəfə, həm nağıldı.
Biri vardı, biri yoxdu,
Ağılsızlar bəlkə coxdu,
kasıbların gözü toxdu,
Kainatın sonu yoxdu,
günlərimiz daha coxdu.

Şirini var, acısı var,
zəhəri var, şəkəri var.
Axşamı var, səhəri var,
bu dünyanın necə üzlü
qəhəri var,
iciləsi zəhəri var!

Günlər uzun, günlər gödək,
bilmirik ki, biz nə edək.
Gecəsi var, gündüzü var,
hər sabahın min üzü var.

Biri xeyir, biri şərdir,
hər ikisi qoşa gəldi.
Biri gəlir, biri gedir,
biri yeyir, biri didir.

Bax beləcə ömür gedir,
cox kədərli, ağır dərddir.
Bu həyatın üzü sərtdi,
işıqlı yol sabah ücün.

Bilirsən ki, ömür ötür,
İşıq sönür, ömür bitir.
Bu dünyaya gələn ölür,
Yarananlar bir-bir köcür.
Bu həyatın sonu deyil?!
Bir gün gələn bir gün gedir.
15.05.2025.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar