Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Ankara Kiyevdən yekun qərar gözləyir”

Baxılıb: 1 028     Tarix: 08-07-2025 11:24   

“Ankara Kiyevdən Ukrayna üzrə sülh danışıqlarının növbəti raundunun vaxtı ilə bağlı yekun qərar verməsini gözləyir”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Braziliyada keçirilən BRİCS sammitində iştirakdan sonra “TRT Haber” telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya artıq İstanbulda keçirilməsi planlaşdırılan danışıqların üçüncü raundunda iştirak etməyə hazır olduğunu təsdiqləyib: “Hazırda biz Ukrayna tərəfdən cavab gözləyirik”.
Fidan qeyd edib ki, Türkiyə də nizamlanma məsələsi ilə bağlı liderlərin görüşünə ev sahibliyi etməyə hazırdır: “Bizim ərazimizdə sammitin təşkili ilə bağlı heç bir problem yoxdur”.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların birinci raundu fevralın 28-i, ikincisi isə iyunun 2-si baş tutub. Rəsmi Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar