Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Poyeziya buketi, nəğmə çələngi" - ÜRƏYİM

Baxılıb: 991     Tarix: 11-07-2025 12:54   
 

 Mehri Seferli

   ÜRƏYİM 

Payız çəməninə bənzər ürəyim,
Dəyişib nəğməsi, qalıb çiçəksiz.
Dalğasız dənizə bənzər ürəyim,
Qalıbdır tufansız,səssiz, demirsiz.

Görəsən küləyi hardan əsəcək,
Hansı tufan onu oyadacaqdır
Hardan xəyalları qanadlanacaq,
Hissləri geriyə qayıdacaqdır.

Susmuş dağ çayına bənzər ürəyim,
Elə bil harayı, sədası yoxdur.
Nə vaxt açılacaq buludlu səma,
Qayıdar nə zaman o səs, o səda.

Bitdiyi torpaqdan xeyir görməmiş,
Yarpaqsız ağaca bənzər ürəyim.
Elə bil nə çiçək, nə yarpaq görüb,
Bir buz parçasına dönüb ürəyim.

Sanki heç olmayıb sevgi illəri,
Ömrüm özümə də yad gəlir hərdən.
Elə bil ürək yox, ağ bir vətəndir,
Dolmayıb yasanmış xatirələrdən.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar