Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev "Yaşayış minimumu haqqında" Qanunda dəyişiklik etdi

Baxılıb: 972     Tarix: 11-07-2025 14:45   

Prezident İlham Əliyev "Yaşayış minimumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə 21 iyun 2025-ci il tarixli qanunun tətbiqi və "Yaşayış minimumu haqqında" Qanunun tətbiq edilməsi barədə 29 dekabr 2004-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qanunvehedef.az President.az-a istinadən xəbər verir ki, fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
Nazirlər Kabineti "Yaşayış minimumu haqqında" Qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar