Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayırıq

Baxılıb: 2 729     Tarix: 14-07-2025 11:18   

“Bu gün ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ili tamam olur. Bu əlamətdar gündə Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətlərini minnətdarlıq hissi ilə bir daha xatırlayırıq”. 
Qanunvehedef.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Müasir Azərbaycan Respublikası Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür. Heydər Əliyevin müstəsna liderlik keyfiyyətləri sayəsində xalqımız hələ Sovet dövründə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb və daha sonra bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və inkişaf etdirə bilib.
Ümummilli liderimizin başladığı missiyanı bu gün Azərbaycanın Prezidenti İlham Əliyev davam etdirir. Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətə çevrilib. Əlbəttə, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması milli inkişaf tariximizdə yeni dövr açıb”, - deyə spiker qeyd edib.

Qəni Hüseynov




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar