Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kəmaləddin Heydərov BMMT-nin yeni baş katibi ilə görüşdü

Baxılıb: 852     Tarix: 01-08-2025 14:36   

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni baş katibi Ərgüc Kələntərli ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, qonağı səmimi salamlayan nazir K.Heydərov bu ilin 8-10 iyul tarixlərində Bakı şəhərində BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan nümayəndəsinin BMMT-nın yeni Baş katibi seçilməsini ölkəmiz adına uğurlu nailiyyət adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini xatırladan nazir respublikamızın hər zaman mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.
K.Heydərov əminliklə qeyd edib ki, bundan sonra da ölkəmiz fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək, onun inkişafına öz töhfəsini verəcəkdir.
İlk rəsmi səfərini Azərbaycana reallaşdıran Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni baş katibi Ərgüc Kələntərli səmimi görüşə görə təşəkkürünü bildirib, ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı əlaqələrin daha da inkişafı üçün səy göstərəcəyini bildirən Ə.Kələntərli fövqəladə hallarla mübarizə məsələlərində real nəticələrin birgə və əlaqəli fəaliyyət sayəsində əldə ediləcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2