Xəbər lenti
02/10/2025 [13:05]
Sabah hava necə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Baş nazir qərar imzaladı

Baxılıb: 851     Tarix: 06-08-2025 14:58   

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib.
Qanunvehedef.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Elektron xidmətin təşkili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron xidmətlərin təşkilinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyi nəzərə alınmaqla həyata keçirilir.
Elektron xidmət dövlət qurumu tərəfindən müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edildikdən, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya olunduqdan sonra EHİS vasitəsilə göstərilir.
Elektron xidmətlər informativ, interaktiv və ya proaktiv formada həyata keçirilə bilər.
Elektron xidmət göstərilməsi zamanı təminatçının əməkdaşlarının və istifadəçilərin identikləşdirilməsi EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə aparılır.
Elektron xidmətlər üzrə ödənişlər Elektron xidmət üzrə ödənişin həyata keçirilməsi imkanı xidmət göstərilməsinin gedişatı zamanı real vaxt rejimində və elektron formada (ödəniş xidməti təchizatçıları vasitəsilə) təminatçı tərəfindən təmin edilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar