Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəzər rayonunda növbəti səyyar görüş keçirilib

Baxılıb: 3 021     Tarix: 19-11-2025 12:30   
 
 Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Binə Mədəniyyət Mərkəzində sakinlərlə səyyar qəbul keçirib.  Görüşdə RİHBA-nın məsul şəxsləri, Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. Qəbula gələn vətəndaşlar RİH başçısı tərəfindən fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib.  Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
   Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Qəni Hüseynov


 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar