Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xalq artisti xəstəxanaya yerləşdirildi

Baxılıb: 630     Tarix: 05-04-2024 11:03   

Dünən Xalq artisti Naibə Allahverdiyevanın xəstələnməsi və xəstəxanaya yerləşdirilmək üçün redaksiyamıza müraciət edərək, kömək istəməsi barədə məlumat vermişdik.
Lent.az-ın xəbərinə görə, aktrisa infeksiyaya yoluxduğunu, lakin xəstəliyinin nə olduğunu bilmədiyini demişdi.
Naibə Allahverdiyeva Lent.az-a açıqlamasında bildirib ki, artıq xəstəxanaya yerləşdirilib və ondan lazımi analizlər alınıb.
"Bu gün nisbətən yaxşıyam. İynə-dərmanla temperaturum düşüb, ağrılarım nisbətən sakitləşib. Səhər tezdən yenidən analiz vermişəm. Nəticəsini hələ bilmirəm. Hansı infeksiyaya yoluxmağım barədə hələlik məlumatım yoxdur", - o bildirib.
Qeyd edək ki, TƏBİB-dən Lent.az-a bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılaraq ona lazımi tibbi yardım göstərilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar