Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” - Video

Baxılıb: 603     Tarix: 16-04-2024 13:29   

Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb.
Qanunvehedef.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Günaylı Gün” proqramının qonağı olan cütlük “TikTok”da tanış olduqlarını açıqlayıb.
Xəyalə, həmçinin həyat yoldaşı Nurlanın bərbər olduğunu bildirib: “Dostlarımın təkidi ilə “TikTok”a girməyə başladım, camaatın da təkidi ilə canlı yayımlar açdım. Sadəcə söhbət və mahnılarımı ifa edirdim. İnsanlar dinləyirdi. Səsim üçün darıxmışdılar. Həqiqətən də normal ünsiyyətə ehtiyacı olan böyük bir kütlənin varlığına əmin oldum. Bir gün də oyun təklifi gəldi. Əslində belə təklifləri qəbul etmirdim. Lakin gördüm ki, ad, soyad və profilində şəkil var. Buna görə də qəbul etdim və söhbət etməyə başladıq. Oyun əsnasında gördüm ki, çox mədəni danışır. Bundan sonra başladıq adi canlılarda da söhbət etməyə. Hansısa mövzular ətrafında müzakirələr aparırdıq. Mənim beynimdə canlandırdığım bir obraz var idi. Zamanla vatsapda da danışmağa başladıq. Həmişə də deyirdim ki, dostuq ha, başqa şey düşünmə. Amma bir gün təklif gəldi ondan ki, “Mənimlə evlənərsən?” Beləliklə, münasibətimiz başladı. Təklifi də dəniz sahilində etdi”.
Müğənninin həyat yoldaşı da ilk görüşlərindən danışıb: “Gecə saat 2 idi və biz canlı yayımda oyun oynayırdıq. Xəyalə dedi ki, səhər Sədərəyə getməlidir. Dedim ki, mən də getməliyəm, amma vaxtım yoxdur. Xəyalə niyə getməli olduğumu soruşanda bildirdim ki, bərbər olduğum üçün saç lakları almalıyam. Səhəri gün Xəyalə Sədərəyə gedəndə mənimk üçün də həmin məhsullardan alıb gətirib canlı yayımda göstərdi”.
Xəyalə isə bildirib ki, elə ilk görüşlərinə də səbəb bu hadisə olub. Bu görüş zamanı da onlar elə ilk şəkillərini çəkdirərək “TikTok”da paylaşıblar.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar