Hücuma məruz qalan abidə bərpa olundu: Fransanın paytaxtında ucaldıldı - VİDEO
Baxılıb: 494 Tarix: 13-05-2024 11:41
Fransada Xurşidbanu Natəvanın abidəsinə edilən hörmətsizliyi xatırlayırıq. Xatırlamalı və həmin kadrları əsla unutmamalıyıq. Çünki bu Fransanın mədəniyyətə olan hörməti , əmanətə olan münasibəti və erməni vandallığı qarşısında acizliyidir. Azərbaycan dünyanın dörd bir tərəfində, elə Fransada tarixi abidələrin qorunmasına dəstək verdiyi halda, Fransa bir Natəvan abidəsini qoruya bilmədi ya da qorumaq istəmədi.
Qanunvehedef.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Aztv Xəbər"ə danışıb:
"Çox təəssüf doğurur ki, şəhər ona verilmiş bu hədiyyəni nə qoruya bilmədi, nə də bundan sonra bu kimi barbarlıq aktlarının törədilməyəcəyinə dair heç bir zəmanətdə vermədi. Media tərəfindən qərəzli atılmış addımlar var idi. Bunun fonunda təəssüf ki, heykəlimizin iki aya yaxın bir dövrdə üzərində təmizlik və bərpa işləri aparılmadan üzəri örtülü şəkildə saxlanılması qəbuledilməz bir hərəkət idi. Buna cavab olaraq Azərbaycan tərəfi vaxtı ikən verdiyi hədiyyəni geri götürmək qərarını verdi. Proses bir başa dövlət başçısının nəzarəti altında həyata keçirildi. Mart ayının ilk günlərində heykəli bağa gətirdik. Üzərində təmizlik və bərpa işləri aparıldı. Bu gün heykəlimiz Azərbaycan Respublikasının Parisdə yerləşən Mədəniyyət mərkəzinin bağında ucaldılıb".
Ətraflı "Aztv Xəbər"in süjetində:
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər