Nura qonşusunu polisə şikayət edib
Baxılıb: 347 Tarix: 10-06-2024 13:03
Müğənni Nura Suri qonşusundan şikayət edib.
Axşam.az xəbər verir ki, ifaçı bu haqda özü məlumat yayıb. O bildirib ki, qonşusu evinə su axıdıb:
"İllərdir qonşum evimə su axıtır. Evimin sığortası var. Güc-bəla ilə xahiş etdik ki, problemi aradan qaldırsın. Polisə müraciət etdik, ondan sonra adam evinə ustaları buraxdı. MTK-dan akt almalıyıq ki, sığorta işə baxsın. Sığorta deyir ki, hadisəni ya polis, ya da mtk qeydə alıb sənəd verməlidir ki, o adam ödəniş etməsə, əlimizdə sənəd olsun. Sahə rəisi deyir mülki işdir, mtk-ya təsir göstərə bilmir. MTK-nın sahibi vəzifəli adamın qohumudur, heç kim heç nə deyə bilmir. Haqqımızı tələb edə bilmirik. Nazirliyə məktub yazdım, polis gəldi evə ərizə yazdım. Bu, polisin işi deyil. MTK-dan sənəd ala bilmirik, biz nə etməliyik".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər