Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Alla Puqaçova Rusiyada konsert vermək istəyir

Baxılıb: 573     Tarix: 06-08-2024 11:37   

SSRİ Xalq artisti Alla Puqaçova bu ilin sonunadək Rusiyada böyük konsert proqramı ilə çıxış etmək istəyir.
Qanunvehedef.az “Mash” teleqram kanalına istinadən xəbər verir ki, sənətkar avqustun sonlarında uşaqları ilə birlikdə ölkəyə gələcək və bununla bağlı danışıqlar aparacaq.
Həmçinin şoumen həyat yoldaşı Maksim Qalkinin “xarici agent” statusu ilə bağlı məsələni həll etməyə çalışacaq.  
Xatırladaq ki, M.Qalkin xarici agentlərin reyestrinə 2022-ci ilin sentyabrında daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. O, həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçova və övladları ilə birlikdə İsrailə, daha sonra Kiprə köçüb. A. Puqaçova ötən ilin dekabrında bir müddətlik Rusiyaya gəlmişdi.
***
Maksim Qalkin yazılanları təkzib edib. “Başdan ayağa uydurmadır. Onlar Allanın Rusiyaya səfər planlaşdırdığını haradan çıxarıb?”, - Qalkin instaqramda yazıb.

Qanunvehedef.azшаблоны для dle 11.2