Məşhur model əri tərəfindən vəhşicəsinə öldürüldü
Baxılıb: 655 Tarix: 12-09-2024 12:26
İsveçrənin Bazel şəhəri yaxınlığında dəhşətli qətl hadisəsi baş verib. Keçmiş gözəllik müsabiqəsinin finalçısı və model olan 38 yaşlı Kristina Yoksimoviç əri tərəfindən vəhşicəsinə öldürülüb.
Qanunvehedef.az xarici mediaya istinadən xxəbər verir ki, Tomas adlı əri Kristinanı boğaraq öldürdüyünü etiraf edib. Sonradan məlum olub ki, o, meyiti mişarla hissələrə ayırıb və kimyəvi maddələrlə məhv etməyə çalışıb.
Tomas polisə verdiyi ifadəsində hadisənin özünümüdafiə məqsədi ilə baş verdiyini iddia edib. Lakin məhkəmə ekspertizasının rəyi bu iddianı dəstəkləməyib.
Kristina serb əsilli uğurlu model idi. O, 2008-ci ildə Miss İsveçrə Müsabiqəsində finalçı olub. O, son illərdə modellik müəllimi kimi çalışırdı.
Araşdırma zamanı cütlüyün münasibətlərinin bir müddətdir problemli olduğu və daha əvvəl də ailə içi şiddət şikayətlərinin olduğu öyrənilib. Buna baxmayaraq, Kristina qətldən az əvvəl sosial şəbəkədə xoşbəxt ailə fotolarını paylaşmışdı.
Kristinanın ölümü İsveçrədə böyük kədərə səbəb olub. Bir çox məşhurlar, xüsusən də gözəllik yarışmasında iştirak edənlər kədərlərini dilə gətiriblər. Miss İsveçrə komandası Kristinanın mehriban və gözəl insan olduğunu vurğulayıb.
Bu faciəvi hadisə məişət zorakılığının nə qədər ağır nəticələri ola biləcəyini bir daha ortaya qoyub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər