Özcan Dəniz "HƏKİM OLDU": "Xəstəliyinizi mən sağaldacam"
Baxılıb: 769 Tarix: 19-09-2024 14:27
Türkiyənin məşhur müğənni və aktyoru Özcan Dəniz şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Ötən gün məşhur müğənni jurnalistlərin verdiyi "Yenidən ata olmaq istəyirsənmi?" sualına verdiyi cavabla gündəm olsa da, indi isə ailə münasibətləri ilə adından söz etdirir.
Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, qardaşı Ercan Dəniz və bacısı Yurda Gülər haqqında sərt açıqlamalar verən Özcan Dəniz ötən gün Kiprdə bir hoteldə konsert verib. İki saata yaxın səhnədə çıxış edən 52 yaşlı sənətçi səmimi söhbəti ilə gecəyə rəng qatıb:
" Burada əylənən hər kəs sosial şəbəkələrdə maraqlı paylaşımlar edəcəklər. Əylənmək bir müalicə formasıdır. Əgər bütün qazancınızı xəstəxanaya xərcləmək istəmirsinizsə, bu gecə burada əylənin. Burada mənimlə əylənərək bir çox xəstəliyinizə çarə tapılacaq və sağalacaqsınız. Mən bu gün sizin həkiminizəm. Əyləncənin nə olduğunu göstərin".
Qeyd edək ki, türkiyəli müğənni Özcan Dəniz ailəsini həyatından çıxardığını açıqlayıb. Müğəninin qərarına əsəbləşən bacısı onun həyat yoldaşını günahlandırıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər