Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şahin Həmidi. Меньше

Baxılıb: 1 817     Tarix: 16-10-2024 13:15   
                                         Şahin Həmidi.. Меньше
Qonşular

Əziz və dəyərli
qonşularım üçün

Mirzənin, Anarın doğmadır adı,
Onların ruhuna ruhum qovuşub.
Elmandı, Maisdi, Əsədulladı
Ən yaxın qohumum,ən yaxın qonşum.

Qapısı açılır, üzü qibləyə,
Kecir ürəyimdən Bəylərin yolu.
Bizim məhəlləyə bizim küçəyə
Adı yaraşıqdır qəssab Rəsulun.

Dünyada qonşusuz yaşamaq çətin,
Qonşular həyatdır, mənası dərin.
İşi xeyirlidir qonşum Tələtin,
Əməli salehdir qonşum Vəzirin.

Şəkər var onların şirin dilində,
Mənə pay verilib qonşular haqdan.
Evim üç Əlinin əhatəsində,
İki Naxçıvandan, biri Qazaxdan.

Mənim yaddaşımda qalıb izləri.
Hörmətdən bir bostan əkib bir qonşum.
Haçan məni görür gülür gözləri,
Tacir bir qonşumdu, Akif bir qonşum.

Elə mehribandır, Orxanla, İlqar,
Onlar harda görür, alır qadamı.
Qonşum Gülağada bir şırin dil var
Görəndə dil ilə yeyir adamı.

 
 
       Paylaşdı                                                              Qani Huseynov 




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar