Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hökumə Əliyevanın həyatı film olur

Baxılıb: 859     Tarix: 14-01-2025 13:07   

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.
Qanunvehedef.az AZƏRTAC-a istinadən xəbər verir ki, qısametrajlı sənədli film 2024-cü il dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatından bəhs edəcək.
H.Əliyevaya həsr olunmuş qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılır. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru ittifaqın İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qanunvehedef.azшаблоны для dle 11.2