Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Fatih Portakal karyerasını başa vurur

Baxılıb: 874     Tarix: 07-02-2025 10:14   
 Türkiyəli jurnalist Fatih Portakal internet yayımlarını dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Portakal, iyun ayından etibarən “Sözcü TV”dəki proqramından ayrılaraq təqaüdə çıxacağını bildirib:
“Bazar ertəsindən etibarən “YouTube” kanalımda yayımlarımı dayandıracağam. Açığı, bunun nə qədər vaxt aparacağını bilmirəm. Çünki iyundan sonra tamamilə təqaüdə çıxmağı düşünürəm. “Sözcü TV”də verilişləri dayandıracağam.
İndi 57 yaşım var, təqaüdçü həyatı yaşamaq istəyirəm. Bu proqramı etməkdən darıxmıram, amma səhər-axşam eyni sözləri deyirəm. Düşünürəm ki, özümü çox təkrar edirəm və vəziyyətin mənə psixi cəhətdən təsir etdiyi qənaətindəyəm. Bazar ertəsindən etibarən bu saatlarda digər verilişlərə baxa bilərsiniz. Nəşrlərimi bitirirəm və bunu təkrar etməyi planlaşdırmıram. İyun ayında televiziyadan ayrılıram. Bəsdir, daha vaxtım bitib”.

Qanunvehedef.az

 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar