Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şakira xəstəxanaya yerləşdirildi

Baxılıb: 1 066     Tarix: 17-02-2025 11:11   

Dünyaşöhrətli müğənni Şakira xəstəxanaya yerləşdirilib.
Qanunvehedef.az “Hello Magazine” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun mədə ağrısından ciddi şəkildə əziyyət çəkməsi olub.
Nəticədə Şakiranın Perunun Lima şəhərində fevralın 16-na planlaşdırılan konserti ləğv edilib.
Müğənni bununla bağlı sosial şəbəkə hesabında da paylaşım edib:
“Təəssüf ki, qarın nahiyəmdəki problemə görə dünən gecə təcili yardıma getməli oldum və hazırda xəstəxanadayam. Həkimlər dedilər ki, bu axşam səhnəyə çıxacaq qədər yaxşı deyiləm, buna görə də çox kədərlənirəm. Peruda pərəstişkarlarımla yenidən görüşməyi səbirsizliklə gözləyirdim. Ümid edirəm ki, sabah daha yaxşı olub tez bir zamanda xəstəxanadan çıxacağam və sizin üçün hazırladığım şounu təqdim edəcəyəm”.

Qanunvehedef.az



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar