Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Misirli milyarderdən ayrılma səbəbini açıqladı

Baxılıb: 918     Tarix: 11-03-2025 11:53   

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı qısa müddət evli qaldığı keçmiş həyat yoldaşı, misirli milyarder Mohammed Alsaloussini ilə bağlı səssizliyini pozub.
Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma qısa vaxtda çox əziyyət çəkdiyini bildirib:
“Çox əziyyət çəkdim, çox ağladım və özümü çox aşağı saldım. Həmin vaxt həyatımda ilk dəfə güzgüyə baxanda öz-özümə dedim: “Bunu necə edə bilərəm, öz dəyərlərimi necə bu qədər aşağı salıram, bu adama necə icazə verə bilərəm ki, mənə bunları desin və bunları etsin? Allahım, mən bundan nə öyrənməliyəm? Şeyma, bundan çıxmaq lazımdır...”
Subaşı keçmiş əri barəsində “Adam dəli, sosiopatdır, səni hər şeylə aldada bilər”, - deyib.
Qeyd edək ki, Ş.Subaşı 2017-ci ildə məşhur aparıcı-prodüser Acun Ilıcalı ilə ailə qurub. Onların bu evlilikdən Melisa adlı qızları var. Cütlük 2018-ci ildə boşanıb.
Fenomen 2023-cü ildə 3 il münasibətdə olduğu misirli iş adamı Mohammed Alsaloussi ilə ailə qurub. Lakin bu evlilik cəmi 3 ay çəkib və onlar boşanıblar.
Hazırda Şeyma 33 yaşlı braziliyalı model Marlon Teyşeyra ilə sevgilidir.





Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar