28 il sonra vəzifəsindən getdi
Baxılıb: 476 Tarix: 14-03-2025 14:30

Dünyaca məşhur “Versace” moda evinin kreativ direktoru Donatella Versace 28 ildən sonra vəzifəsini tərk edib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, aprelin 1-dən bu vəzifəni “Miu Miu”nun keçmiş dizayn direktoru olan Dario Vitaleyə təhvil verəcək.
Bu dəyişiklik “Versace” üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Belə ki, D. Vitalenin rəhbərlik etdiyi brendin gələcək kolleksiyaları və yaradıcı istiqaməti səbirsizliklə gözlənilir.
D. Versace isə fəaliyyətinə dizayner kimi davam edəcəyini, vəzifəsindən getməsinə baxmayaraq, marka ilə əlaqələrini pozmayacağını açıqlayıb: “Qardaşım Canninin irsini davam etdirmək çox şərəfli iş idi. O, əsl dahi idi... “Versace” həmişə mənim qəlbimdə olacaq. Dizayn komandasına və uzun illər birlikdə çalışdığım bütün əməkdaşlara təşəkkür edirəm”.
Qeyd edək ki, D.Versace 1997-ci ildə qardaşı Canni Versacenin öldürülməsindən sonra onun vəzifəsini icra edirdi.




Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər