Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Musiqili Teatrda "saqqız davası": Xalq artisti ilə müğənni dalaşıb?

Baxılıb: 311     Tarix: 22-04-2025 14:54   

Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur.
Qaynarinfo-ya daxil olan məlumata görə, olay mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.
Hadisə Xalq artsiti Afaq Bəşirqızı ilə teatrın aktrisası, müğənni Almaz Ələsgərova arasında yaşanıb. Buna səbəb isə Almaz Ələsgərovanın saqqız çeynəməsi olub.
Afaq Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan "bu qələti edən kimdir?" deyə iştirakçılara səslənib. Bu zaman Almaz Ələsgərova "qələti sən özün edirsən" cavabını verib.
Qeyd edilir ki, bundan sonra Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında gərginlik yaşanıb. Qalmaqal yalnız nazir Adil Kərimlinin teatra girişindən sonra səngiyib.
Qaynarinfo məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Afaq Bəşirqızı açıqlamasında "Onu deyən qələt edir. Almaz hara, mən hara?!" deməklə kifayətlənib.

Qanunvehedef.azшаблоны для dle 11.2