Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Flora xanım daha efirlərə çıxmır”

Baxılıb: 459     Tarix: 13-05-2025 09:56   

“Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağdadır, hər gün təmiz havada gəzir, istirahət edir. İnternetdən xəbərləri oxuyur. Gündəlik qrafiki təxminən belədir, darıxmır. Evə bağlı adamdır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi deyib.
“Daha yeni mahnılar yazdırmır, istəmir. O, elə mahnılar oxuyub ki, bir ömür unudulmaz. İndi studiyaya gedib səs yazdırmaq üçün səhhəti imkan vermir, yaş öz sözünü deyir. Flora xanım səhnədə öz möhürünü vurub. İndi Flora xanıma istirahət lazımdır. Bu yaxınlarda qızı və nəvəsi gələcək. Nəvələri üçün çox darıxır”, - o bildirib.
Köməkçisi “Xalq artistinə sənət yoldaşları baş çəkirmi?” sualını isə belə cavablandırıb: “Bir neçə dəfə Nadir Qafarzadə zəng edib. Rövşən Civişov gəlib maraqlanır. Müğənni Züleyxa Mirismayılovanın bağı yaxınlıqdadır, o tez-tez gəlib baş çəkir”.
O, Flora Kərimovanın plastik cərrah Sevinc Heydərova ilə məhkəmə çəkişməsindən də danışıb: “Sevinc Heydərova işindən azad olundu və sertifikatı əlindən alındı. Flora xanıma da elə bu lazım idi”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar