Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

POEZIYA

Baxılıb: 870     Tarix: 13-05-2025 12:29   
    
  Mehri Seferli
  
  SƏNSİZ
Qəlbindən keçəni gözlərin deyir,
Sənsiz rahatlana bilmirəm daha,
Sənin əvəzinə, sənin yerinə,
Ağlayıb sızlaram, gülmərəm daha.
Sənin həsrətinin nəfəsi ilıq,
Üz-üzə gələndə hələ də lalıq.
İndi çox çətindi mənə tənhalıq,
Axan göz yaşımı silmərəm daha.
Dərdimi demərəm özgəyə, yada,
Közərə-közərə dönmüşəm oda.
Sənsən ömrüm, günüm indi dünyada,
Sən varsan, inan ki ölmərəm daha.
 





{sape_links}{sape_article}