Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”

Baxılıb: 417     Tarix: 03-06-2025 09:34   

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hamı övladlarını gəzməyə apardı. Mən də serial çəkilişindən çıxdım və üz tutdum Sumqayıt bulvarına. Sumqayıtdakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur. Bir manatdan baha olmur, bəzən əlli qəpik də olur. Amma dünən bilmədim ki, uşaqların, yoxsa cibinizin müdafiəsi günü idi”.
Qanunvehef.az “Axşam.az”a istinadən xəbər verir, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində deyib.
O, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə attraksionların 1 manatdan 3-5 manata qaldırılmasından şikayət edib:
“Ayıb olsun, kiminsə adından istifadə etməyin. Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir? Ayıb olsun! Soruşuram ki, sizə kim ixtiyar verib qiyməti qaldırasınız? Cavab verirlər ki, yuxarıdan. Kiminsə adından istifadə etməyin. İnanmıram ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sizə belə göstəriş versin. Əgər belə şey olsaydı, hamısının qiyməti qalxardı. Uşaqlardan istifadə etməyin. Bakıda ən yaxşı attraksionlar pulsuz olub. Ayıb olsun sizə. Heç gözləməzdim”.

Qanunvehef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar