Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pərvinin evindən 100 min oğurlanıb

Baxılıb: 217     Tarix: 24-06-2025 14:32   

Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə aktrisa “İncə səhər” verilişində danışıb.
“Evimdən bir dəfə çox yüklü miqdarda pul oğurlanıb. Kim olduğunu da bilirəm. Sadəcə olaraq üzüm gəlmir deməyə. Böyük miqdardır, az deyil. 100 mindən çoxdur. Bu, bir neçə dəfəyə götürülüb. Hissə-hissə götürüb. Öncədən bilmirdim, düşünürdüm ki, pul yerindədir.
Ora çox az baxardım, aylarla baxmazdım. Bu, mənim özüm üçün olan pul deyildi. Qardaşımın təhsili üçün yığılmış məbləğ idi və götürüldü. Mən bilirəm, ailəm bilir, amma dərininə getmədim. Uzun illər evə gəlib-gedən, ailəmizin içi olan biri idi. Sübut edə bilmədim”, - aktrisa bildirib.

 Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar