Xəbər lenti
08/07/2025 [11:52]
POEZİYA -QƏNİ HÜSEYNOV
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Burda gözəllik var, gözəldi həyat. Qəni Hüseynov

Baxılıb: 716     Tarix: 09-07-2025 12:42   
Burda gözəllik var, gözəldi həyat.

 
Baxıram dağlara bir yal,bir yamaç,
Qıy vuran qartallar acır,qol_ qanad,
Xınalı daşlara qoy,başını yat,
Burda gözəllik var, gözəldi  həyat.!

Qayğıdan bir anlıq uzaq olursan,
Qaynar bir həyata ,qədəm qoyursan,
Çiçəyin iyindən məst olursan,uyursan,
Burda gözəllik var, gözəldi   həyat.!
 
Yada nə var düşür, nədəki qayğın,
Unudilur pis günün,həsrətə sayğın,
Vətənsiz günlərin,  nisgil dağların,
Burda gözəllik var, gözəldi həyat.!

Başında qarışır,sehir,möçüzə,
Min cürə cicək var , yüz cürə meyvə,
Qırx bulaq,yüz bulaq,səsini dinlə,
Burda gözəllik var, gözəldi  həyat.!

İndi burda qalıb,həyatın ətri,
Otuz il arxada dəyişib,cətri
Şəffaf bulaqları, güllərin ətri,
Burda gözəllik var,gözəldi  həyat.!

Dədə,babaların qurduğu daxma,
Baldanda şirindi,şəkərdi loxma,
Tərpətmə dərdimi, qəlbimə baxma,
Burda gözəllik var,gözəldi   həyat.!

Mal,mülk hərisləri susayır qana,
Təbiət indi_indi ,gəlibdi cana,
İnsanlar girirlər cilidə,dona,
Burda gözəllik var, gözəldi  həyat.!

Coxunun cibində pul qalaq,qalaq,
Deyillər dağları  hasara    alaq,?
Əl vurma dağlara,qoy belə qalaq,
Burda gözəllik var, gözəldi  həyat.!

Qəni, gəl allanma dünya varına,
Kasıblar can atır bəlkə,  barına,
Coxları  həsrət, vətəninə, yarına,
Burda gözəllik var,gözəldi  həyat,!

06.07.2024.
шаблоны для dle 11.2