Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Niyə bu qədər aptek, onkoloji xəstə var?”

Baxılıb: 531     Tarix: 29-02-2024 13:37   

“Azərbaycanda qida zəhərlənməsi 700 dəfə azaldılıb. Niyə gizlədilir statistika?!”
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
“Ölkədə niyə bu qədər aptek var? Niyə bu qədər onkoloji xəstə var? Uzunömürlülük cədvəlində Azərbaycan 190 ölkədə arasında 115-dən geridədir. Niyə? Bütün bunlar istehlakçı hüquqlarının pozulması ilə bağlıdır. Heç bir səviyyədə bunların tədqiqatı getmir. Prezidentin yaşıl marketlər açılması ilə bağlı təklifi var idi, amma yerinə yetirilmədi. “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunu ləğv edirlər. Bu, sizin də masanıza gəlib çıxacaq. Qanunu yerinə yetirə bilmirlər, belə olan halda qanunu nə üçün ləğv edirlər?!” - deyə AİB sədri vurğulayıb.
Komitə sədri Zahid Oruc isə bildirib ki, qanunun ləğvi ilə bağlı sənəd artıq Milli Məclisə daxil olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar