Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Meyit donordan orqan götürülməsi mümkün olacaq?

Baxılıb: 682     Tarix: 04-03-2024 11:36   

Azərbaycanda ürək və ağciyər transplantasiyası əməliyyatlarının bu günə qədər icra oluna bilməməsinin səbəbi odur ki, meyit donordan orqan götürülməsi mümkün deyil. Əvvəl bu qanunla tənzimlənmədiyindən mümkün olmurdu, hazırda isə qanun icazə versə də, insanlar bu məsələyə isti yanaşmır.
Qaynarinfo-nun məlumatına görə, Səhiyyə Nazirliyinin yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da olduqca çoxdur.
Onun sözlərinə görə, bir xəstənin bir illik dializ müalicəsi təqribən 16 min manatdır.
Xəstəyə böyrək köçürülməsi də eyni məbləğdir. Bu səbəbdən orqan köçürülməsinin tez baş tutması həm xəstənin ağrıdan qurtulmasına, həm də rəsmi qurumların iqtisadi cəhətdən xərclərinin azalmasına gətirib çıxaracaq.
Meyitin donor olması üçün isə beyin ölümü gerçəkləşməlidir. Əsas problem də elə budur. Ölkədə həkimlərin çoxu tərəfindən beyin ölümü gerçəkləşmiş xəstələrə "beyin ölümü" diaqnozu qoyulmur.
Koordinasiya Mərkəzi bir ildir fəaliyyət göstərsə də bu müddət ərzində könüllü donor olmaq üçün sadəcə 30-a yaxın adam müraciət edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar