Onkoloji xəstələrə dərmanlar icbari tibbi sığorta ilə pulsuz VERİLƏ BİLƏR? - AÇIQLAMA
Baxılıb: 822 Tarix: 23-09-2024 14:55
Bu gün Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı az deyil. Müalicə prosesi və dərman preparatlarının bahalı olması pasiyentlərə bu xəstəlikdən xilas olmağa çətinlik yaradır. Bu gün nəinki onkoloji xəstəliklərinin müalicəsi zamanı istifadə olunan dərmanlar, apteklərdə satılan dərmanların qiymət yüksək olması vətəndaşları narahat edir. Xüsusilə qonşu ölkələr ilə müqayisədə qiymətlər çox bahadır. Vətəndaşlar apteklərdən ala bilmədiyi dərmanı xaricdən gətirirlər.
Azərbaycanda daxili bazarın liberallıq səviyyəsi aşağıdır. Ölkəmizə isə dərmanlar çox vaxt idxal olunur. Yəni bu sahədə idxaldan asılılıq mövcuddur. İdxalın 90 faizindən artıq hissəsini yalnız 3 böyük şirkət həyata keçirir. İdxaldan asılılıq isə kəskin qiymət fərqinin yaranmasına səbəb olur.
Belə olan təqdirdə onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərmanlar pasiyentləri "İcbari tibbi sığorta" hesabına verilə bilərmi? Mövzu ilə bağlı Sonxeber.az-a danışan onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla billdirib ki, onkoloji xəstələr dövlət proqramı ilə müalicə olunur:
"Onların dərmanları dövlət proqramlarına daxildir. Bəzi bahalı dərmanlar, tablet preparatlarını xəstələr özləri almalı olur. Amma qalan bütün xərc dövlət proqramına daxildir. Sözügedən proqramda olan şəkər, vərəm və onkoloji xəstəliklərinin dövlət proqramlarından ləğv olunub, "icbari tibbi sığorta" sisteminə keçirilməsi planlaşdırılır. Yaxın zamanda bu məsələlər öz həllini tapacaq. Belə olan təqdirdə xəstələr yüklənmədən və digər xərclərdən yaxa qurtaracaq. Amma istənilən halda onkoloji xəstələrin dövlət proqramına daxil edilməsi sosial müdafiə hədəfi güdürdü. Bu sistem "İcbari Tibbi Sığorta" qədər problemləri həll etmir. Amma bunun özü də vətəndaşların sosial müdafiəsinin bir hədəfi idi".
Qeyd edək ki, səhiyyə Nazirliyinin bu istiqamətdə "İcbari Tibbi Sığorta" bürosu ilə əməkdaşlığı çərçivəsində qiymətləndirmələr aparılır. Əgər müvafiq qərar qəbul edilərsə və onkoloji xəstəliklər bu siyahıya daxil edilərsə sözügedən istiqamətdə çatışmazlıqların əhəmiyyətli hissəsi aradan qalxmasına gətirib çıxara bilər.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər