Xərçəngdən qoruyur, immuniteti gücləndirir
Baxılıb: 703 Tarix: 30-01-2025 09:47
Əzgil payız və qış aylarında bitən, həm dadı, həm də sağlamlığa faydaları ilə tanınan meyvədir.
Qanunvehedef.az xəbər verir ki, xüsusilə C vitamini, B vitaminləri, kalium, maqnezium və kalsiumla zəngindir.
Bu xüsusiyyətləri ilə immunitet sistemini dəstəkləyir, həzm sisteminə kömək edir və ümumi sağlamlığı qoruyur.
Əzgil tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirməyə kömək edir. Orqanizmi xəstəliklərə qarşı qoruyur və xüsusilə qış aylarında soyuqdəymə kimi infeksiya riskini azaldır.
Zülal, liflə zəngin meyvədir və həzm sisteminin nizamlı işləməsinə kömək edir. Qəbizlik problemlərini aradan qaldırır və bağırsaq sağlamlığını dəstəkləyir.
Tərkibindəki antioksidantlar sayəsində əzgil bədəndəki sərbəst radikallarla mübarizə aparır və hüceyrə zədələnməsinin qarşısını alır. Bu xüsusiyyətləri ilə xərçəngə qarşı qoruyucu təsir göstərir.
Kaliumla zəngin olan bu meyvə qan təzyiqini tənzimləyir və ürək sağlamlığını qoruyur. Həmçinin xolesterol səviyyələrini
tarazlamağa kömək edir.
Əzgil diabet xəstələri üçün də faydalı meyvədir. Aşağı qlisemik indeksi sayəsində qan şəkərinin səviyyəsini tarazlaşdırır.
Qan dövranını sürətləndirən əzgil meyvə kimi və ya çay kimi istehlak edildikdə bədəndə yığılan toksinləri çıxarır.
Tərkibindəki lif sayəsində maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir.
Müxtəlif yollarla əmələ gələn böyrək və öd daşlarının çıxarılmasında mühüm rol oynayır.
Qan dövranına da müsbət təsir göstərir. Beyinə gedən damarlardakı oksigen miqdarını artıraraq daha aydın düşünməyə kömək edir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər