Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ürək çatışmazlığına çarə tapıldı

Baxılıb: 560     Tarix: 12-05-2025 12:20   

ABŞ-da aparılan tədqiqat çərçivəsində alimlər ağır ürək çatışmazlığı olan donuzlarda ürək funksiyalarını bərpa etməyə nail olublar.
Qanunvehedef.az xəbər verir ki, yeni gen terapiyası texnologiyası ürəyin normal fəaliyyətini demək olar ki, tam şəkildə bərpa edir və bu, gələcəkdə insanlar üçün effektiv müalicə imkanlarını artırır.
Yenilikçi yanaşma “Regenerative Medicine” jurnalında dərc olunub. Araşdırmanı Yuta Universitetinin Nora Ekklz Harrison Ürək-Damar Araşdırmaları və Təlim İnstitutunun alimləri həyata keçiriblər. Müalicənin əsasını cBIN1 adlı zülal təşkil edir — bu zülal ürək çatışmazlığı olan insanlarda adətən az miqdarda olur.
Tədqiqatçılar yeni üsulun insanlar üzərində təhlükəsiz şəkildə tətbiqinə hazırlaşırlar. İlk klinik sınaqların 2025-ci ilin sentyabrında başlaması planlaşdırılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar