Xroniki böyrək çatışmazlığından necə şübhələnməli?
Baxılıb: 669 Tarix: 12-06-2025 12:38

Şiddətli yorğunluq və tükənmə hissi xroniki böyrək çatışmazlığının simptomları ola bilər.
Qanunvehedef.az Medicina.az-a istinadən xəbər verir ki, xəstəlik uzun müddət heç bir əlamət olmadan davam edə bilər.
Mütəxəssislər xarakterik əlamətlər kimi ürəkbulanma, qusma, çaşqınlıq və diqqəti cəmləməkdə çətinlik, şişlik, sidik ifrazında dəyişiklik, qarnın aşağı hissəsində ağrı, dərinin quruması və qaşınması, həmçinin iştahsızlıq və ağızda metal dadın yaranmasını müəyyən ediblər. Bu simptomlar görünsə, mümkün qədər tez həkimə müraciət etmək vacibdir.
Xroniki böyrək çatışmazlığı adətən şəkərli diabet və yüksək qan təzyiqi ilə əlaqələndirilir. Nəzarət olunmayan şəkərli diabet qanda şəkərin yüksəlməsinə (hiperqlikemiya) səbəb ola bilər, qanda şəkərin davamlı yüksəlməsi isə böyrəklərə və digər orqanlara zərər verə bilər.
Monreal Universitetinin Tədqiqat Mərkəzinin alimləri bundan əvvəl dünyada ilk dəfə olaraq böyrəklərdəki ən kiçik qan damarlarını qoruya və ciddi zədələnmədən sonra onların funksiyalarını saxlaya bilən mikro RNT-ni müəyyən ediblər.
Bu kəşf bütün dünyada milyonlarla insana təsir edən xroniki böyrək çatışmazlığının erkən diaqnostikasına və qarşısının alınmasına yanaşmanı kökündən dəyişə bilər.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər