Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Siqaret çəkənlərə bu qidalar və vitamin çox vacibdir

Baxılıb: 882     Tarix: 20-06-2025 11:56   

Keçmişdə siqaret çəkənlərə E vitamini lazımdır.
Qanunvehedef.az Medicina.az-a istinadən xəbər verir ki, həkimlər siqaret çəkənlərə qida rasionuna bitki yağı, göyərti, süd, yumurta, qaraciyər kimi məhsulları daxil etməyi məsləhət görürlər.
Bu məhsulların tərkibində E vitamini var. Ohayodan olan tədqiqatçıların aşkar etdiyi kimi, bu, keçmişdə siqaret çəkənlərin və tərgidənlərin qan damarlarını daha sağlam edir.
Vitamin E antioksidant təsir göstərir, struktur zülalları - kollagen və elastini sərbəst radikallar tərəfindən məhv olmaqdan qoruyur. Ohayo Dövlət Universitetinin mütəxəssisləri tərəfindən aparılan təcrübə göstərib ki, bu vitaminin qəbulu siqareti tərgitmiş insanlarda qan damarlarının fəaliyyətini yaxşılaşdırır.
Məlum olduğu kimi, siqaret çəkənlərin damar sistemi ən çox əziyyət çəkir: siqaret qan damarlarının daralmasına səbəb olur ki, bu da toxuma və orqanlara normal qan tədarükünü pozur.
Amerika təcrübəsində həkimlərin göstərişi ilə gündə 500 mq qamma-tokoferol qəbul edən 16 keçmiş siqaret çəkən insan iştirak edib. Təcrübə yeddi gün davam edib.
Nəticədə bütün könüllülərin damar funksiyası orta hesabla 2,8% artıb. Başqa sözlə, onların damarları qanı daha yaxşı pompalayırdı.
Xatırladaq ki, əvvəlki tədqiqatlar E vitamini qəbulunun sümüklər üçün zərərli olduğunu göstərmişdi.

Qanunvehedef.az шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking