Xəbər lenti
18/08/2025 [13:22]
Sabah hava necə olacaq?
18/08/2025 [10:27]
Zelenski Vaşinqtondadır
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı...

Baxılıb: 524     Tarix: 18-08-2025 11:49   

Ötən il Azərbaycanda 549 körpə ölü doğulub.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.
Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib.
Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.
Həmçinin ölkədə ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.
Eyni zamanda ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.
Məlumat üçün bildirək ki, 2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.


Qanunvehedef.az шаблоны для dle 11.2