Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yeni Klinikada neonatal reanimasiya üzrə simulyasiya təlimi keçirilib - FOTO

Baxılıb: 9818     Tarix: 30-07-2026 12:47   

Yeni Klinikanın Tibbi Tədris - Simulyasiya Mərkəzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün "Neonatal reanimasiya prinsipləri, Təməl transfer qaydaları" mövzusunda simulyasiya təlimi keçirilib.

Təlimin məqsədi iştirakçıların neonatal reanimasiya sahəsində nəzəri biliklərini möhkəmləndirmək, praktiki bacarıqlarını inkişaf etdirmək və yenidoğulmuşlara göstərilən təxirəsalınmaz tibbi yardımın keyfiyyətini artırmaq olub.

Yeni Klinikanın direktoru Zəhra Vəzirova simulyasiya əsaslı təlimlərin tibb işçilərinin peşəkar hazırlığının gücləndirilməsi, klinik bacarıqların təkmilləşdirilməsi və neonatal yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm rol oynadığını vurğulayıb.

Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev tərəfindən keçirilən təlim çərçivəsində iştirakçılar yenidoğulmuşların doğuşdan sonrakı ilkin qiymətləndirilməsi, müsbət təzyiqli ventilyasiya, təhlükəsiz neonatal transfer və Neonatal Reanimasiya Proqramının (NRP) protokolları üzrə nəzəri biliklərini yeniləyib, müasir simulyasiya avadanlıqları üzərində praktiki bacarıqlarını təkmilləşdiriblər.

Qeyd edək ki, Tibbi Tədris - Simulyasiya Mərkəzində təşkil olunan simulyasiya təlimləri səhiyyə işçilərinin peşəkar inkişafına, tibbi xidmətin keyfiyyətinin artırılmasına və pasiyent təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.



Qanunvehedef.az





{sape_links}{sape_article}