Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu - Foto

Baxılıb: 9821     Tarix: 31-07-2026 10:35   

Azərbaycanda həkimlər ağır cərrahi əməliyyatla qopmuş qolu bərpa ediblər.

Qanunvehedef.az xəbər verir ki, 29 yaşlı qızın sol qolu ağır yol-nəqliyyat hadisəsi nəticəsində travmatik amputasiya olunub. O, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib və əməliyyat olunub.

Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və nəticə olaraq xəstənin bilək və barmaqlarında hərəkət funksiyası bərpa edilib.

Qeyd edək ki, qopmuş qolun cərrahi yolla yenidən bədənə tikilməsi tibbdə replantasiya əməliyyatı adlanır və müasir mikrocərrahiyyə sayəsində bu əməliyyatın orta uğur şansı 70% ilə 90% arasındadır. Qol kimi böyük əzələ qrupuna sahib üzvlər qopduqdan sonra 6-8 saat ərzində əməliyyata alınmalıdır. Vaxt keçdikcə əzələ toxumasında ölüm (nekrozlaşma) müşahidə olunur. Bəzən 12-24 saat çəkə bilən əməliyyatdan sonra qolun tam işlək hala dönməsi üçün 1-2 il vaxt tələb olunur.

Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar