Bakıda bu xəstəxana təmirə bağlanır
Baxılıb: 960 Tarix: 10-11-2026 11:34

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.
Qanunvehedef.az Baku.ws-ə istinadən xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.
Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.
Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.
Qeyd edək ki, Saray qəsəbəsində Modul tipli vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















