Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bəzi rayonlara 33 sm qar yağıb

Baxılıb: 953     Tarix: 10-11-2026 11:58   

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən, Kürdəmir, Sabirabad, Beyləqan, Ordubad, Qobustan, Mingəçevir, Zərdab, Xaçmaz, Şabranda 1-5 mm-dir.

Noyabrın 9-u Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti 26 m/s-dək güclənib.

Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay (Şəki), Şamaxı, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar