Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Baxılıb: 457     Tarix: 01-02-2024 11:36   

Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başlayıb.
Qanunvehedef.az-ın xəbərinə görə, toplantını spiker Sahibə Qafarova açıq elan edib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır:
1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi;
2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi;
3. Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi;
4. "Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş"ə qoşulmaq haqqında qanun layihəsi;
5. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
6. "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
7. "Qida təhlükəsizliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
8. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
9. "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
10. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
Qeyd edək ki, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir.
Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb mayın 31-dək davam edir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar