Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kreml Ermənistanla Azərbaycana çağırış edib

Baxılıb: 778     Tarix: 13-02-2024 14:14   

Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.
Qanunvehedef.az “Gazeta” portalına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
O, təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini qeyd edib və məsələni diqqətlə izləyəcəklərini vurğulayıb.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Fevralın 13-ü isə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar