Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq

Baxılıb: 584     Tarix: 26-02-2024 13:08   

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda müəyyən fasilə baş verib. Amma sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsinə qərar verilib:
"Yaxın günlərdə sülh müqaviləsi üçün Ermənistanın nümayəndə heyəti ilə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır".

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar