"Ermənistanın Azərbaycanla sülh bağlamaq niyyəti yoxdur" POLİTOLOQ
Baxılıb: 663 Tarix: 27-02-2024 15:03
Dövlət başçısı İlham Əliyevin verdiyi xəbərdarlıqlarından dərs çıxarmayan, Ermənistan təxribatlarına davam edir. Eyni zamanda münaqişəni alovlandıran fikirlər səsləndirir. Ermənistanın Milli Assambleyasının spikeri Alen Simoyan çıxışı zamanı Ermənistanın Azərbaycanın tələblərinə əməl etməyəcəyi barədə məlumat verib.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, Alen Simonyan Ermənistan cəmiyyətini Azərbaycan ilə sülhə hazırlamaq yerinə bu tip ziyanlı tendensiyalara üst tutaraq iki tərəf arasındakı münasibətləri daha da pisləşdirən addımlar atmağa çalışırlar:
"Ümumiyyətlə Nikol Paşinyan komandasında təmsil olunan məmurların bir çox rasionalizm və reallıq hisslərini itirən adamların cəmi deməkdir. Bir baxımdan vaxtaşırı qeyri-peşəkar, diplomata yarışmayan açıqlamalar verən Alen Simonyan və onun kimiləri Paşinyanın səriştəsiz, uğursuz və bacarıqsız kadr siyasətinin növbəti göstəricisidir. Ümumiyyətlə Alen Simonyanın və ona bənzərlərinin bu gün Ermənistan cəmiyyətində hansısa bir məsələdə fikir bildirmək kimi hüquqları olsa da, onlar erməni cəmiyyətinə lazımi təsiri göstərə bilmirlər. Ermənistan cəmiyyətini Azərbaycan ilə sülhə hazırlamaq yerinə bu tip ziyanlı tendensiyalara üst tutaraq iki tərəf arasındakı münasibətləri daha da pisləşdirən addımlar atmağa çalışırlar. Alen Simonyanın sonuncu açıqlaması həm də onu göstərir ki, bu gün Ermənistan hakimiyyətinin guya Azərbaycanla sülhlə bağlı hansısa mövqelərinin olması barədə yaratdığı kollaş yersiz və saxtadır".
Ekspert bildirib ki, Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalamaq və sülhə gəlmək niyyətləri yoxdur:
"Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalamaq və sülhə gəlmək niyyətləri yoxdur. Biz bir daha görürük ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqla bağlı niyyəti real deyil. Ermənistanın son addımları, Zəngilanda sərhədimizə qarşı keçirdiyi təxribat və bu fonda Alen Simonyanın açıqlamaları Azərbaycan və Ermənistan arasındakı hərbi eskalasiya riskini artırır. Ümumiyyətlə sülhlə bağlı tendensiyaların tükənmək üzrə olduğunu göstərir".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər