Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Alen Simonyan: “Biz artıq Moskva ilə bu məsələni müzakirə etmirik”

Baxılıb: 628     Tarix: 27-03-2024 16:05   

 “İrəvanın “Zvarnots” aeroportundan rusiyalı sərhədçilərin çıxarılması məsələsi artıq həll olunub”.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, rusiyalı sərhədçilər avqustun 1-nə qədər hava limanını tərk edəcəklər.
O bildirib ki, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmirlər: “İrəvanın yaxın zamanlarda rusiyalı sərhədçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini həll edəcəyinə dair yayılan məlumatlara gəldikdə isə, deyə bilərəm ki, bu məsələ də Moskva ilə müzakirə edilmir”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar.

Qanunvehedef.az

 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar